EN

Lamin Yamal DÇ 2026 nın startını buraxa bilər

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Barselona"nın vingeri Lamin Yamalın zədəsi ciddi ola bilər. 

Fanat.Az xəbər verir ki, ötən gün "Selta" ilə La Liqa matçının ilk hissəsinin sonlarında penalti yerinə yetirərkən xəsarət alan 18 yaşlı futbolçu əvəzlənib. 

ESPN-in məlumatına görə, Yamal mövsümün qalan hissəsini buraxmaq riski ilə üzləşib. Onun İspaniyanın DÇ-20226-dakı ilk matçında iştirakı da sual altındadır. 

Başqa bir mənbəyə görə, Yamal təxminən beş həftə yaşıl meydanlardan kənarda qalacaq.

"Blaugrana"nın "Selta" ilə matçda yeganə qolunu Lamin Yamal vurub. 

"Barselona" La Liqa turnir cədvəlinə başçılıq edir və "Real Madrid"dən 9 xal qabaqdadır. Hər iki komandanın liqada yeddi oyunu qalıb. 

İspaniya 15 iyunda mundialın qrup mərhələsinin ilk turunda Kabo-Verde ilə qarşılaşacaq. Komanda 21 və 27 iyunda isə müvafiq olaraq Səudiyyə Ərəbistanı və Uruqvayla qarşılaşacaq. 

 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
13
fanat.az

10Sources