EN

"Son iyirmi ildə iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub"

Son iyirmi il ərzində iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı – 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır.

Adalet.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı səsləndirib.

"Beləliklə, investisiya üçün əlverişli mühitin yaradılması qarşımızda duran hədəflərdən biri idi və buna böyük mənada nail olunub", - deyə dövlətimizin başçısı bildirib.

Chosen
31
27
adalet.az

10Sources