EN

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Moderator.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Moderator.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

"Aprelin 23-də Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 35/6 kV-luq "Karxana-601" yarımstansiyasından çıxan 6 kV-luq 18 saylı şəhər hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək şəhərin 20 Yanvar və Nəriman Nərimanov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra yaşayış əraziləri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.

Eyni zamanda, aprelin 23-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 6 kV-luq elektrik xətlərində təmir-təftiş işləri aparılacaq.

"Bununla əlaqədar saat 10:30-dan 15:30-dək Xırdalan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq",- deyə bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
66
28
moderator.az

10Sources