EN

“Atletiko” səfərdə “Elçe”yə məğlub oldu

İspaniya La Liqasının 33-cü turunda “Elçe” və Madrid “Atletiko”su qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, oyun İspaniyanın Elçe şəhərində yerləşən “Manuel Martinez Valero” stadionunda keçirilib. Matçın baş hakimi Gilyermo Kvadra Fernandes olub. Görüşdə 3:2 hesabı ilə ev sahibi “Elçe” komandası qələbə qazanıb.

Oyunda ilk qolu 10-cu dəqiqədə “Atletiko”nun yarımmüdafiəçisi Nikolaş Qonsales vurub. 18-ci dəqiqədə “Elçe”nin müdafiəçisi David Affenqruber hesabı bərabərləşdirib.

30-cu dəqiqədə “Atletiko”nun yarımmüdafiəçisi Tyaqo Almada birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Üç dəqiqə sonra Andre Silva penaltini dəqiq yerinə yetirərək ev sahibini önə keçirib. 34-cü dəqiqədə Nikolaş Qonsales dubl edib və hesabı yenidən bərabərləşdirib.

75-ci dəqiqədə Andre Silva da ikinci qolunu vuraraq “Elçe”yə qələbə qazandırıb — 3:2.

Çempionatda 32 oyundan sonra Madrid “Atletiko”su 57 xalla 4-cü pillədə qərarlaşıb. “Elçe” isə 35 xalla 15-ci yerdədir.

Növbəti turda “Elçe” səfərdə “Ovyedo” ilə (26 aprel), “Atletiko” isə bir gün əvvəl evdə Bilbao “Atletik”i ilə qarşılaşacaq.

Chosen
49
23
90deqiqe.az

10Sources