EN

PSJ “Vest Hem”in gənc ulduzunu transfer etmək istəyir

“Vest Hem”in yarımmüdafiəçisi Mateuş Fernandes karyerasını top klublardan birində davam etdirə bilər.

90deqiqe.Az-ın “"Santi Auna”nın istinadən məlumatına görə, 21 yaşlı futbolçunun transferində PSJ klubu maraqlıdır.

Paris təmsilçisi artıq “Vest Hem”lə portuqaliyalı oyunçunun keçidi ilə bağlı ilkin danışıqlara başlayıb.

Mateuş Fernandes 2025-ci ildə “Sauthempton”dan “Vest Hem”ə 44 milyon avro qarşılığında transfer olunub. Onun London klubu ilə müqaviləsi 30 iyun 2030-cu ilə qədər qüvvədədir.

Cari mövsümdə portuqaliyalı yarımmüdafiəçi “çəkicdöyənlər”in heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Futbolçunun bazar dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.

Chosen
40
90deqiqe.az

1Sources