EN

Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilib - Yenilənib 

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçirilən “Heydər Əliyev-2026" birgə təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib...

Poliqon xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu və Azərbaycan Respublikasının Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri iştirak edib.

Əvvəlcə hərbi təyinatlı müasir silah və döyüş texnikaları, həmçinin ərazidə bölmələrin yerləşməsi və mərhələlər üzrə icra olunacaq fəaliyyətlər haqqında məlumat verilib.

Planla tanışlıqdan sonra qonaqlar komanda məntəqəsində təlimin gedişatını izləyiblər.

Təlim poliqonunda cəlb olunan iştirakçılar tərəfindən müxtəlif epizodlar praktiki icra olunub.

Sonda təlimdə fərqlənən hərbi qulluqçular həvəsləndirilib və xatirə şəkli çəkdirilib.

***

Türkiyənin Qars vilayətində Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilib.

Poliqon xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabında məlumat verilib.

"Heydər Əliyev-2026" birgə batalyon tapşırıq qrupunun təlimləri canlı atəş tapşırıqları ilə müşayiət olunub.

Poliqon.info

Chosen
92
18
poliqon.info

10Sources