EN

Cənubi Koreyada 5 il əvvəl qırıcı təyyarələrin toqquşmasının səbəbi açıqlanıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 aprel, AZƏRTAC

Cənubi Koreyada 2021-ci ildə iki qırıcı təyyarənin havada toqquşmasının təfərrüatları indi ictimaiyyətə məlum olub.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hadisəyə səbəb pilotların foto və video çəkməsidir.

Seul Hesablama Palatasının məlumatına görə, hadisə qırıcı təyyarələr Tequ şəhərinin mərkəzində uçuş tapşırığını yerinə yetirərkən baş verib. Pilotlar sağ qalıblar, lakin təyyarələrə ziyan dəyib, onların təmiri hərbçilərə 880 milyon vona (596 min dollar) başa gəlib.

Məlumata görə, hadisə pilot son uçuşu ilə bağlı xatirə şəkli çəkmək istəyərkən baş verib. Bazaya qayıdarkən pilot fotoşəkillər çəkməyə başlayıb, qarşıdakı təyyarənin heyəti isə video çəkmək qərarına gəlib. Daha yaxşı rakurs əldə etmək üçün pilot qalxma-yuvarlanma manevrini yerinə yetirib və bu zaman təyyarələr təhlükəli dərəcədə yaxınlaşıb. Pilotun kəskin eniş edərək toqquşmadan yayınmaq cəhdi uğursuz olub və qırıcılar bir-birinə dəyib. Toqquşma nəticəsində bir təyyarənin qanadı, digərinin isə quyruq hissəsi zədələnib.

Toqquşmadan sonra hadisəyə səbəb olan pilot xidmətdən kənarlaşdırılıb. Hərbi Hava Qüvvələri ondan təxminən 500 min dollar geri almağa çalışıb, lakin o, qərardan apelyasiya şikayəti verib. Araşdırma nəticəsində məlum olub ki, uçuşlar zamanı şəxsi cihazların istifadəsini tənzimləyən aydın qaydaların olmaması səbəbindən Hərbi Hava Qüvvələri komandanlığı qismən məsuliyyət daşıyır. Nəticədə, pilotdan zərərin yalnız bir hissəsini ödəmək tələb olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
66
azertag.az

1Sources