EN

Çəhrayı şərabın gizli təhlükələri…

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Çoxları çəhrayı şərabı digər spirtli içkilərlə müqayisədə daha yüngül və zərərsiz hesab edirlər. 

Lakin dietoloqlar Helen Bond və Sara Şenker, eləcə də diş həkimi Nora Albaldavi bildirirlər ki, bu içkinin təhlükələri çox vaxt nəzərdən qaçırılır.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, çəhrayı şərabın açıq rəngi və meyvəli dadı insanlarda onun daha az spirtli olduğu təəssüratı yaradır. 

Halbuki xüsusilə yarı quru növlərində şəkər miqdarı yüksək olur. Bu isə onu həm kalorili, həm də sağlamlıq üçün riskli içkiyə çevirir.

Dietoloq Sara Şenker qeyd edib ki, iki böyük qədəh çəhrayı şərab təxminən 200 kilokalori təşkil edir. Üstəlik, onun tərkibində orqanizm üçün faydalı qida maddələri demək olar ki, yoxdur.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, həddindən artıq istifadə immunitetin zəifləməsinə, bağırsaq florasının pozulmasına, yorğunluğa və hətta saç tökülməsinə səbəb ola bilər.

Diş həkimi Nora Albaldavi isə bildirib ki, yüksək şəkər tərkibi diş çürüməsi riskini artırır, eyni zamanda diş minasını zədələyir.

Qeyd edək ki, stressdən xilas olmaq üçün spirtli içkiyə üz tutmaq zamanla asılılıq yarada bilər. Buna görə də çəhrayı şərabı “zərərsiz seçim” hesab etmək düzgün deyil.

Aişə Abdulova

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
1
cebheinfo.az

2Sources