Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İrritabl bağırsaq sindromu həzm sistemi ilə bağlı geniş yayılmış funksional pozğunluqlardan biridir və həyat keyfiyyətinə ciddi təsir göstərə bilər.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu sindrom bağırsaqların strukturunda deyil, fəaliyyətində yaranan problem ilə xarakterizə olunur. Yəni orqanda fiziki zədə olmadan simptomlar meydana çıxır.
İrritabl bağırsaq sindromunun ən çox rast gəlinən əlamətləri qarın ağrısı və narahatlıqdır. Bu ağrılar adətən defekasiyadan sonra azalır. Eyni zamanda, ishal, qəbizlik və ya bu iki halın növbələşməsi müşahidə oluna bilər.
Bununla yanaşı, qarında köp, qaz yığılması, şişkinlik hissi və bağırsaqların tam boşalmaması hissi də tez-tez rast gəlinən şikayətlər sırasındadır. Bəzi xəstələrdə selikli ifrazat da müşahidə edilə bilər.
Mütəxəssislər bildirir ki, stress, qeyri-düzgün qidalanma və bəzi qidalar bu sindromun simptomlarını gücləndirə bilər. Kofein, yağlı yeməklər və qazlı içkilər risk faktorları arasında göstərilir.
Diaqnoz adətən digər ciddi xəstəliklər istisna edildikdən sonra qoyulur. Müalicə isə daha çox həyat tərzi dəyişikliklərinə əsaslanır. Qidalanmanın tənzimlənməsi, stressin idarə olunması və bəzi hallarda dərman müalicəsi tövsiyə olunur.
Mütəxəssislər vurğulayır ki, uzunmüddətli və təkrarlanan həzm problemləri olduqda mütləq həkimə müraciət edilməlidir.
Zeynəb Rzayeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.