EN

Latviya Prezidentinin Azərbaycana səfərinin əhəmiyyəti: Əməkdaşlığın perspektivləri VİDEO

Bakı, 22 aprel, AZƏRTAC

Latviya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 8-də tanıyıb və 1994-cü il yanvarın 11-də iki ölkə arasında diplomatik münasibətlər qurulub. 2005-ci ildə Azərbaycanın Latviyada səfirliyi, bundan bir il sonra isə Latviyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ötən müddət ərzində ölkələrimiz arasında qarşılıqlı etimada, anlaşmaya, hörmətə əsaslanan münasibətlər qurulub. Dövlət və hökumət başçıları, parlament sədrləri və hökumət üzvləri səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib. Prezident İlham Əliyevin 2017-ci ildə Latviyaya rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.

Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videoreportajda izləyə bilərsiniz.

Chosen
39
2
azertag.az

3Sources