ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
İngiltərənin "Lester Siti" uğursuzluqla üzləşib. Sport24.az xəbər verir ki, komanda ölkənin 3-cü divizionuna yuvarlanıb.
"Lester Siti" Çempionşipin 44-cü turunda "Hall Siti" ilə heç-heçə edib (2:2) və cəmi 42 xalla turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb. Mövsümün sonuna 2 tur qalsa da, 21-ci yerdə olan "Blekbern" 49 xala malikdir. Bu isə "Lester"in liqada qalmaq şansını itirməsi deməkdir.
Qeyd edək ki, "Lester Siti" ötən mövsüm İngiltərə Premyer Liqasında çıxış edib. Komanda 25 xalla 18-ci yeri tutaraq aşağı liqaya yuvarlanmışdı. Cari ilin fevralında isə klub maliyyə qaydalarını pozduğuna görə 6 xal itirmişdi.
Xatırladaq ki, "Lester Siti" 2015/2016 mövsümündə Klaudio Ranerinin rəhbərliyi altında İngiltərə çempionu olub. Komanda həmin mövsüm 81 xal toplayaraq ən yaxın izləyicisi "Arsenal"ı 10 xal qabaqlayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.