EN

Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?

Gənclər və İdman Nazirliyində aparılan audit yoxlaması zamanı bir sıra pozuntular aşkarlanıb.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, auditin əhatə dairəsi məbləğ baxımından 32 milyon manatdan çox olub.

Audit zamanı müəyyən edilib ki, sifarişçi tərəfindən “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə riayət edilməyib.

Belə ki, “Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində mini futbol meydançası və idman zalı binasının tikintisi” obyekti üzrə resurs metodu ilə hesablanmış smeta sənədlərinə bəzi işlərin vahidinin qiymətinin sistemlə müəyyənləşdirilmiş qiymətdən də yüksək qiymətlə daxil edilməsi işlərin müqavilə dəyərinin ümumilikdə 101640,53 manat artırılması ilə nəticələnib.

Eyni hal Qaradağ rayonu Sanqaçal qəsəbəsində İdman zalı və mini futbol meydançasının tikintisi zamanı da baş verib. Qiymətlərin düzgün tətbiq edilməməsi hesabına işlərin dəyəri 92397,4 manat, Olimpiya hərəkatı və İdman Muzeyinin tikintisi obyektinin smeta sənədlərinin tərtibində isə torpaq işlərində daşınma həcminin düzgün göstərilməməsi, dövlət ekspertizasından keçmiş layihə ilə müəyyənləşdirilmiş həcmlərdən artıq həcmlərin, eləcə də layihədə nəzərdə tutulmayan işlərin daxil edilməsi hesabına işlərin dəyəri 275659,3 manat artırılıb və podratçı təşkilatlara artıq ödənişlər edilib.

Chosen
22
2
publika.az

6Sources