Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-mart aylarına dair xarici ölkələrə səfərlərlə bağlı açıqladığı statistik məlumatlar müzakirələrə səbəb olub. Bildirilir ki, bu dövrdə Azərbaycandan xarici ölkələrə 452,6 min nəfər səfər edib. Məlumatda diqqətçəkən məqamlardan biri səfərlərin nəqliyyat növləri üzrə bölünməsidir: 69 faiz hava yolu, 29 faiz dəmir yolu və avtomobil nəqliyyatı, 2 faiz isə dəniz nəqliyyatı ilə həyata keçirilib. Bu isə təxminən 131 min nəfərin dəmir yolu ilə xaricə getdiyini göstərir.
Quru sərhədlər bağlı olduğu halda, 131 min nəfərin qatar və avtomobillə səfəri necə mümkün olub?
AzNews.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxslər ixrac yüklərini daşıyan nəqliyyat vasitələrinin sürücüləri və yükləri müşayiət edən şəxslərdir: