EN

BƏƏ ABŞ iqtisadiyyatına 1 trilyon dollardan çox sərmayə qoyub

Newscenter.az saytına istinadən ain.az xəbər verir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyəti yaxın gələcəkdə ABŞ iqtisadiyyatına öz investisiyalarını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə BƏƏ-nin ABŞ-dakı səfirliyinin bəyanatında bildirilib.Səfirlik X-də bunları bildirib:"BƏƏ artıq ABŞ iqtisadiyyatına 1 trilyon dollardan çox sərmayə qoyub. Artıq yeni investisiyaların həcmini əhəmiyyətli dərəcədə artırmaq üçün aydın planımız var".Diplomatik missiya həmçinin BƏƏ-nin özündə pisləşən iqtisadi vəziyyət və İran ətrafındakı böhran fonunda xarici yardıma ehtiyac barədə fikirlər irəli sürən bəzi iqtisadi ekspertlərin fərziyyələrini tənqid edib. Səfirlik qeyd edib ki, BƏƏ-nin xarici maliyyə dəstəyinə ehtiyacı olduğuna dair hər hansı bir fikir faktların təhrif olunmasıdır.Anar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
39
2
newscenter.az

3Sources