BAKI, 22 aprel. TELEQRAF
“İran ABŞ ilə münaqişəni həm diplomatik, həm də hərbi yolla həll etməyə hazırdır”.
Teleqraf xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.
“Əgər amerikalılar danışıqlar masasına oturmaq istəsələr, biz hazır olacağıq, müharibə yolunu seçsələr, İran buna da hazırdır”, - diplomat bildirib.
İrəvani danışıqlar üçün Tehranın şərtinə də diqqət çəkib:
“ABŞ-nin dəniz blokadası atəşkəsin pozulmasıdır, biz onlara demişik ki, buna son qoymalıdırlar. Əgər blokada qaldırılarsa, inanıram ki, İslamabadda danışıqların növbəti mərhələsi baş tutacaq”.