EN

Azərbaycanda meşəlik zonada istirahət edənlərə bu qadağa qoyula bilər Yeni təklif

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Təbiət qoynunda istirahət etmək istəyənlərin üz tutduğu Altıağac kimi turizm bölgələrində son vaxtlar yaranan mənzərə heç də ürəkaçan deyil. Meşə zolaqlarında və yol kənarlarında qalaqlanan tullantılar həm ekologiyanı təhdid edir, həm də ölkənin turizm imicinə kölgə salır.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən turizm eksperti Rəhman Quliyev bildirib ki, təəssüf ki, belə hallara bir sıra rayonlarda rast gəlinir. "Bu məsələ ilə bağlı qeyd etmək lazımdır ki, turistlər regionlara səfər edərkən onların istirahəti yerli icra orqanları tərəfindən müəyyən edilmiş xüsusi piknik ərazilərində təşkil olunmalıdır. Yəni hər kəsin istədiyi meşə və ya yaşıllıq ərazisində sərbəst şəkildə ocaq qalaması, yemək bişirməsi və piknik etməsi məhdudlaşdırılmalıdır. Bu fəaliyyət yalnız xüsusi ayrılmış və nəzarətdə olan ərazilərdə həyata keçirilməlidir. Eyni zamanda bu piknik zonalarının sayı kifayət qədər çox olmalıdır. Çünki vətəndaşların regionlara səfər etməsi təşviq olunur və əsas məqsədlərdən biri də insanların ölkə daxilində istirahət imkanlarını artırmaqdır. Bu baxımdan həm infrastruktur genişləndirilməli, həm də əlçatan və rahat şərait yaradılmalıdır".Ekspert bildirib ki, ətraf mühitin qorunması üçün piknik ərazilərində zibil qutuları yerləşdirilməli və onların mütəmadi şəkildə boşaldılması təmin olunmalıdır. "Şəhərlərdə olduğu kimi, bu ərazilər üçün də xüsusi texnika və xidmət təşkil edilməli, tullantıların vaxtında daşınması həyata keçirilməlidir. Cərimə məsələsinə gəldikdə isə, yanaşma daha balanslı olmalıdır. Turistlərin və vətəndaşların sərt şəkildə cərimələnməsi hər zaman effektiv nəticə verməyə bilər. Simvolik cərimələr tətbiq oluna bilər, lakin əsas diqqət maarifləndirməyə yönəlməlidir. Çünki məqsəd insanları cəzalandırmaq yox, düzgün davranışa yönəltməkdir".Onun sözlərinə görə, bu istiqamətdə xüsusi maarifləndirmə proqramlarının hazırlanması vacibdir. "Ənənəvi broşürlərdən daha effektiv üsul kimi, piknik ərazilərinin girişində və müxtəlif nöqtələrdə informativ lövhələr yerləşdirilə bilər. Bu lövhələrdə həm aydın mesajlar (“Ətraf mühiti qoru”, “Təbiəti çirkləndirmə”), həm də QR kodlar vasitəsilə daha geniş məlumat təqdim oluna bilər. Bu yanaşma həm məlumatlandırmanı asanlaşdırar, həm də tullantı riskini azaldar. Nəticə olaraq, məsələ yalnız qadağa və cərimələrlə deyil, düzgün planlaşdırma, infrastrukturun inkişafı və davamlı maarifləndirmə ilə həll olunmalıdır".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
demokrat.az

1Sources