Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ qeydə alınıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 14:07-də qeydə alınıb. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik müşahidə olunur. Belə ki, aprel ayında Xəzərdə 16 zəlzələ qeydə alınıb.