Astana, 22 aprel, AZƏRTAC
Aral dənizi irrasional siyasətin nəticələrinin bariz xatırlatmasıdır.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu açıqlamanı Regional Ekoloji Sammitin plenar iclasında verib.
Prezidentin sözlərinə görə, su təhlükəsizliyi həm Qazaxıstan, həm də bütün Mərkəzi Asiya üçün son dərəcə vacib məsələdir və regionun gələcəyi bu həyati əhəmiyyətli resursun rasional və ədalətli idarə olunmasından asılıdır.
Kasım-Jomart Tokayev qeyd edib ki, bu günə qədər Qazaxıstan Şimali Aral dənizinin təxminən 36 faizini bərpa etməyə, suyun keyfiyyətini yaxşılaşdırmağa, balıq ehtiyatlarını artırmağa və həyat səviyyəsini yüksəltməyə nail olub.
Prezident əlavə edib ki, bu gün Beynəlxalq Aral Dənizinin Xilas Edilməsi Fondunun yüksəksəviyyəli iclasında Qazaxıstanın bu təşkilata üçillik sədrliyi başa çatacaq.