İş xanımı Ruhiyyə Əliyeva sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, süni intellekt vasitəsilə uşaqlıq və hazırkı görüntüsünü yan-yana gətirən iş xanımı fotoya bu şərhi yazıb:
“Zamanı bir anlıq dayandırdım və ruhumun ən təmiz halına sığındım... Özümə, uşaqlığıma sarıldım bu gün. Aradan keçən illərin yorğunluğunu o məsum təbəssümdə unutdum. Çünki nə qədər böyüsəm də, içimdəki o balaca qızın əlindən tutmağa hələ də ehtiyacım var”.
Könül
Musavat.com
