EN

Ermənistanın Aİ-yə daxil olması ÜDM-in 23%-nə başa gələcək

Ermənistanın Aİ-yə daxil olması ölkəyə ÜDM-in 23%-nə başa gələcək.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Aleksey Şevtsov bildirib.

"Ən təvazökar və mühafizəkar hesablamalara görə, Aİ-yə qoşulmaq Ermənistana ÜDM-in təxminən 23%-nə başa gələcək, əmək bazarının kütləvi şəkildə daralması... və inflyasiyanın 22,6 faiz bəndi artması isə həyat səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olacaq"- deyə, o, bildirib.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas əvvəllər bildirmişdi ki, Aİ Ermənistanda "dezinformasiya" ilə mübarizə aparmaq üçün missiya yaradacaq.

Chosen
37
ikisahil.az

1Sources