EN

“Kapital Bank” 11,6 milyard manat aktivlə ölkənin ən böyük banklarındandır - Cavid Mirzəyev

Bakı. Trend:

2025-ci ilin sonuna audit olunmuş maliyyə hesabatlarına əsasən,Kapital Bank 11 milyard 573 milyon 501 min manat dəyərindəki cəmiaktivləri ilə ölkədə ən böyük banklardan biri olaraq qalır.

Trend xəbərverir ki, bunu "Kapital Bank"ın İdarə Heyəti sədrinin birincimüavini Cavid Mirzəyev bu gün təmsil etdiyi bankın 2025-ci ilinyekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilənmətbuat konfransında deyib.

"Aktivləri fərqli istiqamətlərdə inkişaf etdirmək üçün qəbuletdiyimiz strateji qərarlar nəticəsində, müştərilərimizə təklifolunan xidmətlərin balansını ideal səviyyədə saxlamağa müvəffəqolmuşuq. İnkişaf dinamikasını kapitalda da görmək mümkündür; beləki, 2025-ci il sonu etibarilə cəmi kapitalımızın həcmi ötən illəmüqayisədə artaraq 1 milyard 332 milyon 504 min manata çatıb.Aktivlərimizin strukturuna daha detallı nəzər salsaq, ən böyükpayın ənənəvi olaraq kredit portfelinə məxsus olduğunu görərik.Ötən illə müqayisədə kredit portfelimizdə 2.08% artım qeydə alınıbvə ilin sonuna ümumi məbləğ 5 milyard 96 milyon 511 min manatolaraq Bank aktivlərinin 44%-ni təşkil edib. Bu böyümənin arxasındaduran əsas səbəblər həm müştəri bazamızın, xüsusən pərakəndə vəmikro seqmentdə davamlı artımı, həm də ölkə iqtisadiyyatındakıümumi inkişaf meylləridir", - o qeyd edib.

Məqalədə:
Chosen
50
3
az.trend.az

3Sources