EN

Bakıda internat məktəbinin yataqxanasında yanğın oldu – VİDEO

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin elektrik naqillərində qısaqapanma nəticəsində kiçikhəcmli yanğın baş verib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Heftelik.az-a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə dərhal məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb.

Qeyd edilib ki, internat məktəbindəki uşaqların və işçilərin təhlükəsizliyi təmin olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır.

Chosen
73
9
heftelik.az

10Sources