EN

Avropa nəhəngləri ulduz futbolçunu istəyir

“Arsenal” yay transfer dönəmində hücum xəttini gücləndirmək üçün ciddi addım atmağa hazırlaşır. Metbuat.az xəbər verir ki, klub “Nyukasl”ın ingilis futbolçusu Entoni Qordonu transfer siyahısına daxil edib. Məlumata görə, London təmsilçisi oyunçunun vəziyyətini yaxından izləyir. Eyni zamanda “Liverpul” və “Bavariya”nın da futbolçu ilə maraqlandığı bildirilir və transfer uğrunda rəqabətin artacağı gözlənilir. Buna baxmayaraq, “Nyukasl” rəhbərliyi oyunçunu komandada saxlamaq istəyir və onu əsas planların bir hissəsi kimi görür. Futbolçunun özü isə hələlik rəsmi qərar verməyib və mövsümün sonunu gözləyir.

Qeyd edək ki, Entoni Qordon bu mövsüm Premyer Liqada komandasının aparıcı futbolçularından biri olub.

Chosen
51
12
metbuat.az

10Sources