EN

Bakı Metropoliteninin “28 May” stansiyasında sərnişin qatar yoluna düşərək həyatını itirib YENİLƏNİB

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 21 aprel, AZƏRTAC

Bu gün saat 20:20 radələrində Bakı metropoliteninin “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, hadisə baş verən kimi dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

İlkin məlumata əsasən, həkimlərin səylərinə baxmayaraq, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunub ki, yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və “Nərimanov” stansiyasından elektrik deposuna göndərilib.

Hadisə ilə əlaqədar qatarların hərəkət intervalında əlavə yubanmalar yaranıb.

“İçərişəhər-Əhmədli” istiqamətində qatarların hərəkəti bərpa edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
71
3
azertag.az

10Sources