Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yunan-Roma güləşçilərimiz ilk medallarını qazanıblar.
Offsideplus.az xəbər verir ki, yarışın ikinci günündə millimizin iki üzvü fəxri kürsüdə yer alıb.
Rəşad Məmmədov türkiyəli rəqibi Ömer Recepə heç bir şans verməyərək (8:0) bürünc medala sahib çıxıb.
87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov da uğurlu çıxışını medalla tamamlayıb. O, həlledici görüşdə digər Türkiyə təmsilçisi Doğan Kayanı 5:1 hesabı ilə məğlub edərək üçüncü olub. Bununla da İslam Avropa çempionatlarındakı şəxsi kolleksiyasına 5-ci medalı (1 gümüş, 4 bürünc) əlavə edib.
Ağır çəkidə (130 kq) çıxış edən Beka Kandelaki isə bürünc medalın addımlığında dayanıb. Ukraynalı rəqibinə uduzan idmançımız turniri 5-ci pillədə başa vurub.