“Titanik” faicəsindən sağ çıxa bilən bir sərnişinə məxsus xilasedici jilet auksionda 670 min funt sterlinqə (təxminən 904 min 500 ABŞ dolları) satılıb. Bu qiymət proqnozlaşdırılandan çox yüksək olub.
“CNN” xəbər verir ki, həmin jilet 1912-ci ildə “Titanik”dən sağ çıxmağı bacaran Laura Mabel Francatelli adlı sərnişinə məxsus olub.
Qeyd edək ki, Titanik 1912-ci ildə aprelin 10-da səfərə çıxmışdı. O vaxt dünyanın ən böyük sərnişin gəmisi olan Titanik aprelin 14-də gecə saatlarında buz dağına çırpılmış və batmışdı. Gəmidəki 2220 sərnişindən 700 nəfər xilas ola bilmişdi.
Auksionda bildirilib ki, bu jilet çox nadir bir əşyadır və Titanikdən sağ qalan şəxsdən satılan yeganə nümunədir.
Təhminə VERDİYEVA,
“Azərbaycan”