EN

Avropa çempionatı: Azərbaycan güləşçisi Həsrət Cəfərov finala yüksəlib

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəlib.

Azreform.info xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı rəqibi Dieqo Çxikvadzeyə 4:2 hesabı ilə qalib gələrək həlledici raunda vəsiqə qazanıb.

Digər güləşçi Nihat Məmmədli (60 kq) isə sabah bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Chosen
1
6
azreform.info

4Sources