"Kəpəz" klubun akademiyasının üzvləri Raul İsaqov və Şahnur İsmayılov ilə peşəkar müqavilə imzalanıb.
QOL.az xəbər verir ki, bu barədə Gəncə təmilçisinin mətbuat xidməti məlumat yayıb.
Hər iki futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə bağlanıb.
16 yaşlı Raul hücuma meyilli yarımmüdafiəçi kimi çıxış edir. 19 yaşlı Şahnur isə yarımmüdafiə xəttində oynayır. İsaqov U-17, U-19 və əvəzedicilər, İsmayılov U-19 və əvəzedicilərdən ibarət komandada çıxış edir.
