EN

Bu şəxslərə müharibə veteranı statusu verilsin - TƏKLİF

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda parlamentin müzakirəsinə çıxarılıb. Musavat.com-un məlumatına görə, layihə barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib.

Komitə sədri Siyavuş Novruzov çıxışı zamanı Azərbaycanda minatəmizləmə əməliyyatlarında iştirak edən şəxslərə “Müharibə veteranı”statusunun verilməsini təklif edib. Komitə sədri bu fəaliyyətin kifayət qədər riskli olduğunu xüsusilə qeyd edib.

E.Paşasoy,
Musavat.com

Chosen
7
musavat.com

1Sources