EN

Ruben Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qarabağda ləğv edilmiş qondarma rejimin keçmiş “dövlət katibi”, Azərbaycan ərazilərinin işğalı məqsədilə terrorçuluğu və separatçılığı maliyyələşdirməkdə ittiham olunaraq Bakı Hərbi Məhkəməısinin qərarı ilə 20 il azadlıqdan məhrum edilmiş Ruben Vardanyan Ermənistanın ombudsmanı Anahit Manasyana müraciət edib. 

“Cebheinfo.az” xəbər verir ki, Vardanyan müraciətin mətnini telefon vasitəsilə ailə üzvlərinə deyib. 

“Bu yaxınlarda Azərbaycan OmbudsmanıSəbinə Əliyeva ilə görüşdüm. Görüş zamanı özümün və digər erməni məhbusların saxlanma şəraiti ilə bağlı bir sıra konkret məsələləri - daxili, tibbi, hüquqi, humanitar və diplomatik məsələləri qaldırdım. 

Söhbət zamanı Azərbaycan Ombudsmanı, həmçinin qeyd etdi ki, sizin Bakıya səfərinizin mümkünlüyü artıq müzakirə olunub və Azərbaycan tərəfi onun təşkilinə kömək etmək istəyini bildirib. 

Xahiş edirəm ki, sizin iştirakınızla, eləcə də müvafiq şərtlər daxilində erməni məhbusların qohumları ilə birlikdə Bakıya səfər təşkil etməyi nəzərdən keçirəsiniz.

Həyat yoldaşım Veronika Zonabend, ehtimal ki, digər ailələrin nümayəndələri kimi belə bir səfərdə iştirak etməyə hazırdır. Nümayəndə heyəti vətəndaşlar qarşısında hesabat verən Ermənistan Baş nazirinin siyasi dəstəyi ilə institusional və ardıcıl olmalıdır.

Mənim Azərbaycan Ombudsmanı ilə qaldırdığım məsələlər hər iki ölkənin ombudsmanları arasında koordinasiya tələb edir. Belə koordinasiyanın olmaması yeganə humanitar kanalı faktiki olaraq inkar edir”,-deyə Ruben Vardanyan bildirib.

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
1
cebheinfo.az

2Sources