EN

Sumıya çoxsaylı PUA hücumu Xeyli sayda yaralılar var

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Ukraynanın Sumı şəhəri aprelin 21-nə keçən gecə Rusiya pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Son məlumata görə, azı 15 nəfər yaralanıb.

Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib ki, yaralananlar arasında 13, 15 və 17 yaşlı üç qız da var. Onların xəstəxanaya yerləşdirildiyi qeyd olunur. Rəsmiyə görə, zərərçəkənlərin əksəriyyəti yaşlı insanlardır.

Eyni zamanda digər bölgələrdə də itkilər qeydə alınıb. Məlumata görə, Slavyansk şəhərinə endirilən aviazərbə nəticəsində 3 nəfər yaralanıb. Dnepropetrovsk vilayətində isə Rusiya hücumları nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir.

Ukrayna Hərbi Hava Qüvvələrinin səhər yaydığı məlumata əsasən, gecə ərzində ölkəyə iki ədəd “İskəndər” raket sistemi və 143 pilotsuz uçuş aparatı ilə hücum edilib. Onlardan 116-sının zərərsizləşdirildiyi qeyd olunur.

Rusiya Müdafiə Nazirliyi hücumlarla bağlı açıqlama verməyib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
azpolitika.info

1Sources