Rusiya ordusu bu gecə Ukraynanın Sumı şəhərinə pilotsuz uçuş aparatları ilə zərbə endirib. Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib. Hücum nəticəsində yaşayış məhəllələri və xəstəxana zərər görüb, üçü uşaq olmaqla, 15 nəfər yaralanıb.
“Yaralananlar arasında 13, 15 və 17 yaşlı üç qız uşağı da var. Onların hamısı xəstəxanaya yerləşdirilib və həkimlər tərəfindən zəruri tibbi yardım göstərilir”, - məlumatda deyilir. Qriqorovun sözlərinə görə, digər yaralılar əsasən yaşlı insanlardır, onların hamısı tibbi yardım alır.
“Luqansk xalq respublikası”nın azad edilməsi tam başa çatdı”. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib. O bildirib ki, hazırda bütün istiqamətlərdə hücum davam etdirilir: “Mart-aprel aylarında keçirilən əməliyyatlar zamanı rus qoşunları 34 yaşayış məntəqəsini və təxminən 700 kvadrat kilometr ərazini nəzarətə götürüb. Slavyansk və Kramatorsk istiqamətində irəliləyiş də qeydə alınıb. Bölmələr bu şəhərlərin şərq kənarlarından təxminən 12 və 7 kilometr məsafədə yerləşir”.
TVMusavat-ın bu gün saat 13:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi polkovnik Şair Ramaldanovla müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv