EN

"Whatsapp" ödənişli versiyaya keçir?

Dünyanın ən populyar mesajlaşma tətbiqlərindən biri olan WhatsApp-ın “WhatsApp Plus” adlı aylıq abunə sistemi üzərində çalışdığı iddia olunur. 1news.az xarici mediaya istinadən xəbər verir ki, bildirilir ki, sistem hazırda məhdud sayda istifadəçi ilə test edilir.
Məlumata görə, aylıq təxminən 2,49 avro (təxminən 5 azn) olacaq paket əsas funksiyalara təsir etməyəcək — mesajlaşma və zənglər pulsuz qalacaq. Ödənişli versiya isə əlavə imkanlar təqdim edəcək. Yeni paket çərçivəsində çatları sabitləmə limiti 3-dən 20-yə qədər artırıla, tətbiqin görünüşü fərdiləşdirilə, xüsusi stikerlər və fərqli bildiriş səsləri kimi funksiyalar təqdim oluna bilər.

Sistemin test mərhələsindən sonra mərhələli şəkildə istifadəyə verilməsi gözlənilir. Şirkət isə hələlik bununla bağlı rəsmi açıqlama verməyib.

Chosen
68
1news.az

1Sources