EN

DİM abituriyentlərə müraciət etdi: Özəl qurumların keçirdikləri sınaq imtahanları ...

Dövlət İmtahan Mərkəzi mayın 10-da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Qeyd olunur ki, imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə keçiriləcək yeganə sınaq imtahanıdır. İmtahanın məzmunu və təşkilati forması qəbul imtahanlarının modelinə tam uyğundur.

"Dövlət İmtahan Mərkəzi digər özəl qurumların keçirdikləri sınaq imtahanlarının məzmunu və təşkilinə cavabdehlik daşımır və abituriyentlərə yalnız Mərkəzin rəsmi sınaq imtahanında iştirak etmələrini tövsiyə edirik.
Sınaq imtahanına qeydiyyat 22 aprel saat 23:59-dək aparılacaq".

Chosen
6
7
ucnoqta.az

10Sources