EN

Rusiyanın Ermənistandakı seçkilərə müdaxilə ehtimalı var

BAKI, 21 aprel. TELEQRAF

ABŞ senatorları Cin Şahin və Tom Tillis "Meta" və "Alphabet" şirkətlərinə rəsmi məktub ünvanlayaraq, Rusiyanın Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərinə mümkün müdaxiləsi barədə xəbərdarlıq ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Senatorlar vurğulayıblar ki, Rusiya tərəfi sosial platformalar və Rusiya-Ermənistan oliqarxları ilə əlaqəli şəbəkələr vasitəsilə Moldovada sınaqdan keçirilmiş manipulyasiya metodlarından istifadə edir.

Məktubda bu seçkilərin regional sülh və "Tramp marşrutu" layihəsi üçün həlledici olduğu qeyd edilib. Bu səbəbdən texnoloji nəhənglərdən dezinformasiyanın qarşısını almaq və erməni xalqının azad iradəsinin təmin edilməsi üçün kifayət qədər resurs ayırmaq tələb olunub.

Sözügedən platformalar ABŞ yurisdiksiyasında olduğu üçün senatorlar hesab edirlər ki, şirkətlər xarici dövlətlərin Ermənistanın suveren qərarlarına müdaxiləsinə imkan verməmək üçün ikiqat məsuliyyət daşıyırlar.

Chosen
28
teleqraf.com

1Sources