EN

Təyyarədə ölən şəxs xalq artisti İMİŞ - FOTO

Rusiyanın Sankt-Peterburq Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəri, xalq artisti Sergey Stadler İstanbula uçan Pegasus Hava Yollarına məxsus təyyarədə vəfat edib.

Milli.Az xəbər verir ki, vəziyyəti pisləşən xalq artistinin olduğu təyyarə Buxarestdə təcili eniş etməyə məcbur olub. Lakin Stadler vəfat edib.

Qeyd edək ki, Sergey Stadlerin 63 yaşı var idi və Sankt-Peterburq Simfonik Orkestrinə qoşulmazdan əvvəl Rusiya Simfonik Orkestri, Sankt-Peterburq Konservatoriyası Opera və Balet Teatrı və Yekaterinburq Opera və Balet Teatrı üçün orkestrlərə dirijorluq etmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
12
milli.az

1Sources