EN

Madyar: Netanyahu Macarıstana səfər etsə, saxlanılacaq

BAKI, 21 aprel. TELEQRAF

Macarıstanın gələcək Baş naziri, “Tisa” partiyasının sədri Peter Madyar İsrail Baş naziri Benyamin Netanyahunun ölkəsinə səfər edəcəyi təqdirdə saxlanılacağını bildirib.

Teleqraf xəbər verir ki, o, ölkəsinin Beynəlxalq Cinayətlər Məhkəməsinə (BCM) üzvlüyünün də bərpa olunacağını qeyd edib.

“Bunu Baş nazir Netanyahuya açıq şəkildə söyləmişəm. 2020-ci ilin iyun ayından etibarən “Tisa” bunu və Macarıstanın Beynəlxalq Cinayətlər Məhkəməsinə üzvlüyünü qorumaq niyyətini bəyan edib. Əgər kimsə Beynəlxalq Cinayətlər Məhkəməsinin üzvüdürsə və axtarışda olan şəxs ölkəmizə daxil olursa, saxlanılmalıdır”, - Madyar deyib.

Xatırladaq ki, 2024-cü ilin noyabr ayında BCM Benyamin Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalant üçün həbs qərarı verib.

2025-ci ilin aprel ayında Macarıstan Baş naziri Viktor Orban beynəlxalq məhkəmənin İsrail Baş nazirinə qarşı həbs qərarı verməsindən sonra ölkəsinin BCM-dən çıxdığını açıqlayıb. Orban beynəlxalq məhkəmə orqanının siyasi alətə çevrildiyini söyləyib. Ardınca Netanyahu Budapeştə səfər edərək, Orbanla görüşübş.

Chosen
19
teleqraf.com

1Sources