EN

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (SSU) illik hesabatını parlamentə təqdim edib. Hesabatda xüsusilə Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi yer ayrılıb.

Publika.az Report-a istinadən xəbər verir ki, 62 səhifəlik sənəd ilkin olaraq komitə iclaslarında, daha sonra isə plenar iclasda müzakirəyə çıxarılacaq.

Sənəddə qeyd olunur ki, Gürcüstan təhlükəsizlik qurumu beynəlxalq tərəfdaşlarla yanaşı, Azərbaycan və digər region ölkələri ilə informasiya mübadiləsini və koordinasiyanı davam etdirir.

Sənədə əsasən, 2025-ci il ərzində təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində Bakı şəhərində keçirilən Bakı Təhlükəsizlik Forumu mühüm platformalardan biri olub. Forum çərçivəsində bir sıra ölkələrin xüsusi xidmət orqanları arasında görüşlər və təhlükəsizlik müzakirələri aparılıb.

Hesabatda bildirilir ki, Bakıda keçirilən beynəlxalq tədbirlər və işçi görüşlər regional təhlükəsizlik risklərinin qiymətləndirilməsi, terrorizmə qarşı mübarizə və hibrid təhlükələrə qarşı əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli rol oynayıb.

Chosen
40
6
publika.az

10Sources