EN

Paytaxtın bir neçə küçə və prospektində təmir-bərpa işləri yekunlaşıb - AAYDA

Bakı. Trend:

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsiməqsədilə aparılan təxirəsalınmaz təmir-bərpa işləri davametdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)Trend-əbildirilib ki, gündəlik həyata minimum maneə yaratmaq üçün işlərəsasən istirahət günlərində həyata keçirilib. Layihələrin vaxtındabaşa çatdırılması məqsədilə həftəsonları 24 saat fasiləsiz işrejimi təşkil olunub.

Qeyd olunub ki, təmir prosesi zamanı nəqliyyatın hərəkətinəminimum təsirin göstərilməsi üçün bütün zəruri tədbirlərgörülüb.

Görülən işlər nəticəsində paytaxtın 4 ərazisində təmir-bərpaişləri uğurla yekunlaşdırılıb. Bunlar aşağıdakılardır:

R.Behbudov küçəsi (Ş. Bədəlbəyli küçəsindən A. A. Bakıxanovküçəsinə qədər olan hissə);

Z.Bünyadov prospekti (M. Nərimanov küçəsindən X. R. Ulutürkküçəsinə qədər);

A.M.Şərifzadə küçəsi (Ə.Əhmədov küçəsindən A.Abbasov küçəsinəqədər olan hissə);

Bakı Dairəvi yolundan “Meyvəli Ticarət Mərkəzi”nə gedən yol.

Agentlikdən vurğulanıb ki, yol infrastrukturununyaxşılaşdırılması istiqamətində işlər mərhələli şəkildə davametdiriləcək.

AAYDA vətəndaşların rahat hərəkətini təmin etmək üçünfəaliyyətini fasiləsiz davam etdirir.

Chosen
10
5
az.trend.az

6Sources