EN

Gəncədə avtomobil dairəyə çırpıldı

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Gəncədə yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Dayirman dairəsi adlanan ərazisində baş verib. Hərəkətdə olan "Priora" markalı minik avtomobili idarəetmədən çıxaraq dairəyə çırpılıb. Xoşbəxtlikdən xəsarət alan olmasa da, minik maşınına ciddi ziyan dəyib.

İlkin etimalara görə, qəzaya havanın yağıntılı olması səbəb olub.Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Fakt üzrə araşdırma aparılır.

Tural Əhmədov 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
1
unikal.az

2Sources