EN

Azərbaycanın 3 güləşçisi bürünc medal uğrunda yarışacaq - Avropa çempionatı

style='margin-bottom:10px;'>

Azərbaycanın yunan-Roma güləşçiləri Rəşad Məmmədov (55 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) Tiranada keçirilən Avropa çempionatının bürünc medalı uğrunda yarışacaqlar.

QOL.az xəbər verir ki, Kandelaki yarımfinalda macarıstanlı Dariuş Viteklə üz-üzə gəlib. Görüşdə 1:1 hesabı qeydə alınsa da, macar güləşçi ilk xal prinsipinə əsasən qalib elan edilib.

İslam Abbasov (87 kq) yarımfinalda bolqarıstanlı Semyon Novikova 0:4 hesabı ilə uduzub.

1/4 finalda Emin Səfərşayevə (UWW) uduzan Rəşad Məmmədov (55 kq) isə rəqibi finala yüksəldiyi üçün bürünc mükafat uğrunda görüşlərə çıxacaq.

Chosen
21
4
teleqraf.com

5Sources