Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Şirvan şəhərinin Məhəmməd Əsədov küçəsinin sakinləri yolların bərbad vəziyyətindən narazıdırlar.
Avtosfer.az-ın məlumatına görə, Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildiriblər ki, küçə indiyədək asfalt üzü görməyib.
Onların sözlərinə görə, qışda palçıq, yayda isə toz-torpaq səbəbindən hərəkət çətinləşir. Taksi və təcili tibbi yardım avtomobilləri əraziyə gəlməkdə çətinlik çəkir.
"Evimə qonaq gələ bilmir. Məcbur qalıb qonaqlarımı restoranda qarşılayıram. Ayıbdır, utanıram", - deyə sakinlərdən biri qeyd edib.
Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də problemin həll olunmadığını vurğulayıblar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.