EN

Təhlükəsizlik kəmərindəki qara düymə nədir?

Avtomobillərin təhlükəsizlik kəmərlərində mövcud olan kiçik qara düymənin funksiyasını çoxları bilmir.Metbuat.az bildirir ki, kəmərin üzərində yerləşən kiçik qara düymə təhlükəsizlik elementi deyil, istifadənin rahatlığını təmin etmək məqsədi daşıyır. Bu detal metal başlığın müəyyən nöqtədə sabit qalmasına kömək edir və aşağı sürüşməsinin qarşısını alır. Nəticədə sürücü və ya sərnişin kəməri daha rahat və tez taxa bilir. Qeyd edək ki, bu düymənin olmaması avtomobilin təhlükəsizlik səviyyəsinə təsir etmir və texniki baxış zamanı qüsur kimi qiymətləndirilmir. Zədələndiyi halda isə asanlıqla yenisi ilə əvəz oluna bilər.Bundan əlavə, bəzi avtomobillərdə kəmər üzərində parça halqa da mövcuddur. Köhnə modellərdə bu halqalar qəza zamanı qoparaq kəmərin bir qədər uzanmasına və zərbənin təsirini azaltmağa xidmət edirdi. Müasir avtomobillərdə isə bu funksiyanı daxili mexanizmlər yerinə yetirdiyindən, halqalar əsasən səs-küyün azaldılması üçün istifadə olunur.


Chosen
37
metbuat.az

1Sources