EN

Avropa çempionatı: 3 yunan-Roma güləşçisi üçün bürünc medal şansı

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın iki yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Hafta.az xəbər verir ki, İslam Abbasov (87 kiloqram) bolqarıstanlı Semyon Novikova, Beka Kandelaki (125 kiloqram) isə macarıstanlı Darius Vetikə məğlub olub. Hər iki güləşçi aprelin 21-də bürünc medal görüşünə çıxacaq.

Rəşad Məmmədov (55 kiloqram) isə 1/4 finalda uduzduğu rusiyalı rəqibi Emin Seferşayev finala yüksəldiyi üçün 3-cü yer uğrunda təsəlliverici görüş keçirəcək.

Bu gün mübarizəyə qoşulan digər yunan-Roma güləşçiləri Ziya Babaşov (63 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) isə mübarizəni medalsız başa vurublar.

Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.

Chosen
41
1
hafta.az

2Sources