EN

Təyyarənin məcburi enişinə səbəb olan sərnişin öldü YENİLƏNİB

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İstanbula uçan Airbus A321 təyyarəsindəki sərnişini xilas etmək mümkün olmayıb.

"Unikal" xəbər verir ki, o, Buxarestdə təcili eniş etdikdən sonra təyyarədə ölüb.

Təyyarə uçuşdan iki saat sonra təcili yardım siqnalı verib. Təyyarənin arxa hissəsində oturan 60 yaşlı sərnişin klinik olaraq ölüb. Enişdən sonra tibb işçiləri onu salonda həyata qaytarmağa çalışıblar, lakin buna nail ola bilməyiblər.

Şahidlərin sözlərinə görə, o hətta uçuş zamanı da xəstə görünürdü. Təyyarədə həkim olmadığına görə, "Pegasus Airlines" əməkdaşları ilk tibbi yardım göstərməli olublar.

Sərnişinlər iki saat təyyarədə saxlanılıb; onlara su və şokolad verilib və hava limanına yola salınıblar.

*** 20:07

“Pegasus” aviaşirkətinə məxsus Sankt-Peterburq–İstanbul marşrutu üzrə uçan təyyarə sərnişinlərdən birinin vəziyyətinin qəfil pisləşməsi səbəbindən Buxarestdə məcburi eniş edib.

"Unikal" xəbər verir ki, “Airbus A321” təyyarəsi “Pulkovo Airport” hava limanından havaya qalxdıqdan təxminən 2,5 saat sonra qəza siqnalı verib. Təyyarə eniş etdikdən sonra göyərtəyə həkimlər qalxıb, sərnişinin hospitalizasiyası məsələsinə baxıblar. Onun vəziyyətinin pisləşməsinin səbəbləri dəqiqləşdirilir.

Xatırladaq ki, 2022-ci ildən Avropa İttifaqının tətbiq etdiyi məhdudiyyətlər səbəbindən Rusiya ilə Rumıniya arasında birbaşa hava əlaqəsi mövcud deyil, lakin fövqəladə hallarda təyyarələrin ölkə ərazisinə enişinə icazə verilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
unikal.az

1Sources