Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Aparıcı Leyla Mustafayeva “Uzak şehir” serialının çəkiliş meydançasından hazırladığı süjet və müsahibəyə görə ona ünvanlanan tənqidlərə cavab verib.
Axşam.az xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkədə açıqlama yayıb.
"Yazdığınız şərhlər və fikirlərlə bağlı bir az sizə ətraflı açıqlama vermək istəyirəm. Türkiyədə hər hansı bir serialın çəkiliş meydançasına daxil olmaq və aktyorlarla müsahibə almaq düşündüyünüz qədər sadə və sərbəst proses deyil. Bu işlər ciddi qaydalarla, əvvəlcədən razılaşdırılmış şərtlər və müqavilələrlə tənzimlənir. Aktyorların müqavilələrində açıq şəkildə qeyd olunur ki, onlar icazəsiz heç bir platformaya müsahibə verə bilməzlər. Müsahibə veriləcəksə də, bu yalnız rəsmi icazə və müəyyən şərtlər çərçivəsində mümkündür. Biz də icazə verilən şəraitdə çəkiliş edə bildik. Suallar əvvəlcədən qoyulan çərçivəyə uyğun seçildi və bu, bizim istəyimiz kimi yox, qarşı tərəfin, yəni prodakşının müəyyən etdiyi qaydalar əsasında baş tutdu. Yəni bu, bizim seçimimiz deyil, şərait məsələsidir.
Jurnalistikada mənə öyrədilən əsas prinsiplərdən biri budur ki, getdiyin yerdən əliboş qayıtmamalısan. Əgər kiçik də olsa imkan varsa, şərait yaradılıbsa, ondan düzgün istifadə etmək və onu düzgün qiymətləndirmək lazımdır. Biz də məhz bu prinsiplə hərəkət etdik, mövcud şərait daxilində mümkün olanı etdik. Üstəlik, özünüz də yaxşı bilirsiniz.
Əziz həmkarlar, xaricdən Bakıya gələn sənətçilərlə və ya tanınmış şəxslərlə müsahibələr çox zaman məhdud olur. Əksər hallarda bu cür müsahibələr qısa salamlaşma, ümumi suallar və qısa cavablarla yekunlaşır. Bu, bizim sahənin reallığıdır və təkcə bizə aid deyil. Xahiş edirəm, məsələni tam bilmədən, arxa planı görmədən fikir bildirməyin. Hər işin görünməyən tərəfi olur.
Mən aktyor Elşən Orucova təşəkkür edirəm. Bu çətin vəziyyətdə bizə şərait yaratdı, şəxsi münasibətindən istifadə etdi. Ozan da sağ olsun, xahişimizi geri çevirmədi, qısa da olsa müsahibə verdi. Bir də mən ora təkcə müsahibəyə görə getməmişəm. Ümumiyyətlə, bu planlaşdırılmamışdı. Biz ora Mardini və onların adət-ənənələrini göstərmək üçün getmişdik. Elə orada fürsətdən istifadə edib “Uzak şehir”in çəkiliş meydançasına da daxil olduq. Ozan Akbaba da şərait yaratdı, setə daxil olub çəkiliş prosesini izlədik. Amma onların icazəsi olmadan nə çəkiliş edə bildik, nə də müsahibə aldıq.
Əzizlərim, təşəkkür edirəm. Həm xoş sözlərə, həm də mənfi rəylərə görə. Allah ürəyinizə görə versin" deyə, Leyla Mustafayeva bildirib.
Qeyd edək ki, həmin süjet “Ənənə boğçası”nda nümayiş olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.