EN

“iPhone 18” bu rənglərdə ola bilər

“Apple”ın növbəti modeli “iPhone 18”in də maraqlı rənglərdə olacağı düşünülür. Sızdırılan məlumata əsasən, “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modelləri ümumilikdə dörd rəngdə təqdim ediləcək: “Dark Cherry”, açıq mavi, tünd boz və gümüş. Gümüş rəngli variantın əvvəlki “iPhone 17 Pro” modelinə bənzəyəcəyi bildirilir, açıq mavi isə mövcud “Mist Blue” tonuna yaxın olacaq. Ən diqqətçəkən dəyişiklik isə əvvəlki sızdırmalarda adı hallanan “Cosmic Orange” rənginin tamamilə ləğv olunmasıdır. Onun əvəzinə, “Apple”ın daha premium və fərqli görünüş təqdim edən “Dark Cherry” rənginə üstünlük verdiyi iddia olunur. Bu da şirkətin daha cəlbedici və “premium hiss” yaradan dizayn xəttinə keçdiyini göstərir.

Qeyd etmək lazımdır ki, bu məlumatlar hələ rəsmi deyil və “Apple” tərəfindən təsdiqlənməyib. Şirkətin ənənəsinə uyğun olaraq, son qərarlar təqdimata yaxın dəyişə bilər.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

5Sources