EN

İmişlidə 59 yaşlı kişini cərəyan vurub öldürdü

İmişli rayonunda bir nəfəri elektrik cərəyanı vurması ilə nəticələnən hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, İmişli şəhər sakini 1967-ci il təvəllüdlü Cavadov Mehman Novruz oğlu yüksək gərginlikli elektrik cərəyanının vurması nəticəsində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon Şöbəsi üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo

Chosen
33
5
bakivaxti.az

10Sources