EN

Azərbaycanda pambıq sahələrinin sığortası dövrü başlanıb

Bakı. Trend:

Azərbaycanda dövlət aqrar sığorta mexanizmi ilə pambıqəkinlərinin sığortalanması mövsümünə start verilib.

Trend bubarədə Aqrar Sığorta Fonduna istinadən xəbər verir.

Bildirilib ki, pambıq əkini ilə məşğul olan fermer vətəsərrüfatlar Aqrar Sığorta Fonduna müraciət edərək dövlət dəstəyiilə təqdim edilən güzəştli aqrar sığorta mexanizmi vasitəsiləəkinlərini sığorta edə bilərlər.

“Pambıq Azərbaycanda becərilən strateji kənd təsərrüfatıbitkilərindən biri, ölkədən xaricə ixrac edilən əsas qeyri-neftməhsullarındandır.

Hazırda Azərbaycanın 20-yə yaxın rayonunda 110 min hektara yaxınərazidə pambıq becərilir. Pambıq tarlalarının böyük hissəsiMil-Muğan, Salyan-Şirvan və Mərkəzi Aran regionlarındadır. Ölkəninəsas pambıqçılıq rayonları: Saatlı – 12,6 min hektar, Ağcabədi –11,8 min hektar, Sabirabad – 11,1 min hektar, Salyan – 9,7 minhektar, Beyləqan – 8,9 min hektar, Bərdə – 8,5 min hektar,Biləsuvar – 8,1 min hektar, İmişli – 7,9 min hektar, Neftçala – 7,2min hektar, Yevlax – 3,3 min hektar, Zərdab – 3,1 min hektar,Tərtər – 2,8 min hektar, Ağdam – 2,4 min hektar, Goranboy – 2,0 minhektar, Kürdəmir – 1,1 min hektar və başqalarıdır”, - məlumatdaqeyd edilib.

Vurğulanıb ki, pambıq əkinləri bölgə əhalisinin gəlirlərinə vəiqtisadi vəziyyətinə ciddi təsir edir: “Hazırda ölkəmizdə 15 minəyaxın fermer pambıq əkini ilə məşğuldur. Fermer ailələrininiqtisadi vəziyyəti və rifah halı böyük dərəcədə məhz pambığıngətirdiyi gəlirlərdən asılıdır.

Təbiət hadisələrinə qarşı həssas olan pambıq əkinləri müxtəlifsəbəblərdən zərər görə bilər. Pambıq sahələrinə ən çox dolu,sel-subasma, leysan yağışları və üçüncü şəxslərin hərəkətləri kimihadisələr zərər vurur. Belə hallar nəticəsində fermerlərgəlirlərini itirə, hətta ağır borc yükü ilə üzləşə bilərlər.

Lakin Aqrar Sığorta Fondunun təqdim etdiyi dövlət dəstəkli aqrarsığorta bütün bu halların vurduğu zərəri qarşılayır. İndiyədəkzərərlə üzləşmiş minlərlə fermerə aqrar sığorta vasitəsilə 2,2milyon manatdan artıq ödəniş edilib. Belə ki, ölkəmizdə 2023-cüildə 686 hektar sahəyə dəymiş zərərlər üzrə fermerlərə 386 minmanat sığorta ödənişi edildiyi halda, 2024-cü ildə 4 min hektarəraziyə dəymiş zərərlər üzrə 880 min manat, 2025-ci ildə isə 2064hektar pambıq sahəsində baş vermiş hadisələr üzrə fermerlərə 958min manat sığorta ödənişi həyata keçirilib.

50%-lik dövlət dəstəyi sayəsində fermerlər pambıq sahəsini cüziödənişlə sığorta edə bilərlər. Ölkənin əksər ərazilərində 1000manatlıq pambıq məhsulunun sığortası cəmi 7-10 manat arasındadəyişir”.

Bildirilib ki, son aylar Azərbaycanda baş verən təbiəthadisələri, güclü yağışlar və sel-subasma digər sahələr kimi pambıqəkinləri üçün də böyük risk yaradır: “Bu halların gətirdiyi zərərinqarşısını almaq üçün ən effektiv üsul pambıq sahələrini vaxtındasığorta etməkdir.

Pambıq sahələrinin sığortası aprel ayında başlayır və may ayınınsonunadək davam edir. Məhsulu vaxtında sığortalamaq onu daha çoxriskdən, o cümlədən may ayında baş verən leysan yağışlardanqorumağa imkan verir.

Aqrar sığorta məhsulları, əkinlərin və heyvanlarınsığortalanması şərtləri, eləcə də sığorta haqları barədə ətraflıməlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən(asf.gov.az), həmçinin 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaqmümkündür”.

Chosen
23
9
az.trend.az

10Sources