“Barselona” yeni mövsüm üçün hücum xəttini gücləndirmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubunun əsas hədəfi “Atletiko”nun forvardı Xulian Alvaresdir. İddialara görə, “Barselona” argentinalı hücumçu üçün 100 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Alvares bu mövsüm 47 oyunda 19 qol və 9 assistlə çıxış edib.